BAKI, TurkicWorld
Türkiyənin müdafiə və aerokosmik sənaye ixracatı 2025-ci ilin fevral ayında 44% artaraq 300 milyon dollardan 434 milyon dollara yüksəlib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Başçısı Haluk Görgün bu göstəricinin ölkənin müdafiə sənayesinin qlobal bazarda mövqeyini daha da gücləndirdiyini bildirib.
2025-ci ilin ilk iki ayında müdafiə və aviasiya sənayesinin ümumi ixracatı 29,6% artaraq 816 milyon dollara çatıb.
Görgün qeyd edib ki, Türkiyə yüksək texnologiyalı və əlavə dəyərli müdafiə məhsullarının ixracını artırmaqda davam edəcək.
Müdafiə Sənayesi Başçılığı beynəlxalq əməkdaşlıqlar, innovativ texnologiyalar və genişlənən ixrac bazarları vasitəsilə sektorun daha da inkişaf edəcəyini vurğulayıb.
"Böyük və kiçik ölçülü ixracatçı şirkətlərin sayını artıraraq müdafiə sənayesində ixracatı davamlı gücə çevirməyi hədəfləyirik.Bu uğurda əməyi olan idarə heyətimizi, şirkətlərimizi, KOBİ-ləri, mühəndisləri və sektorun bütün paydaşlarını təbrik edirəm. Müdafiə sənayemiz yüksəlməyə davam edəcək!" - deyə o bildirib.