AZ

Kredit kartı borclarında ciddi artım var

Bank Tənzimləmə və Nəzarət Agentliyinin (BDDK) məlumatına görə, Türkiyədə fevral ayında vətəndaşların istehlak kreditləri və fərdi kredit kartlarında borc yükü eksponent olaraq artıb.

News24.az bildirir ki,  2024-cü ilin fevralından 2025-ci ilin fevralına qədər olan dövrdə istehlak kreditlərində 530 milyard 828 milyon TL artım olub. İlin əvvəlindən bu yana iki ayda qanuni təqibə məruz qalan kreditlərin məbləği 328 milyard 754 milyon TL-yə çatıb.

Vətəndaşların borclanması günü-gündən artarkən, ilin ilk ayından bu yana istehlak kreditlərində cəmi 73 milyard TL artım müşahidə olunub.

Zəhraxanım Şeydayeva

Seçilən
17
news24.az

1Mənbələr