AZ

“Difai” – Novruz Əzimov işbirliyinin sirri açıldı!

“Difai”nin 1-ci liqanın 16-cı turunda “Mingəçevir”lə oyuna Kərim Diniyevin rəhbərliyi altında çıxdığını xəbər vermişdik.

Klub prezidenti Asəf Məlikov isə son açıqlamasında komandanın yeni baş məşqçisinin Novruz Əzimov olduğunu, sadəcə, onun pedaqoji fəaliyyət üzündən daim komandanın yanında ola bilmədiyini söyləmişdi.

Redaksiyamıza bununla bağlı ətraflı məlumat daxil olub.

Doğrudan da, “Difai” qışdan sonra Novruz Əzimovla əməkdaşlıq edir. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Novruz bəyin bu komanda ilə mənəvi bağlarını anlamaq olar. Amma Novruz Əzimovun indiki fəaliyyəti baş məşqçilikdən daha çox məsləhətçi statusuna uyğun gəlir. Məşq prosesi ilə bağlı köməkçilərinə - Aydın Qasımov və Kərim Dinievlə onlayn şəkildə məsləhət verir.

Novruz bəy həm də Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında çalışır. Amma “Difai”ni baş məşqçi kimi oyunlara çıxara bilməməsi pedaqoji fəaliyyətlə yox, lisenziya problemi ilə bağlıdı.

ƏSƏD SEYİDOV

Seçilən
54
football-plus.az

1Mənbələr