Boliviyada avtobusun toqquşması nəticəsində azı 31 nəfər ölüb, 22 nəfər yaralanıb.
Bu barədə "Reuters" məlumat yayıb.
“Boliviyanın cənubunda magistral yolda hərəkət edən yük maşını bazar ertəsi səhər tezdən avtobusla toqquşub, nəticədə avtobus yoldan çıxıb və ən azı 31 nəfər ölüb”, - agentlik bildirib.
Yük maşını ilə toqquşduqdan sonra avtobus daha 500 m aşağı uçaraq dərəyə düşüb. Avtomobil qəzası baş verən yerə dərhal təcili tibbi yardım maşınları və xüsusi texnika gəlib.