AZ

Gürcüstan parlamenti “xarici agentlər” qanununun daha sərt versiyasını dəstəkləyib

Gürcüstan parlamenti “Xarici Agentlərin Qeydiyyatı Aktı” adlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hakim “Gürcü Arzusu” tərəfindən ABŞ-nin “FARA” qanununun tərcüməsi kimi parlamentə təqdim edilmiş qanun layihəsini 84 deputat dəstəkləyib.

Yeni qanun daha əvvəl qəbul edilmiş “Xarici Təsirin Şəffaflığı Haqqında” qanununun daha sərt versiyasıdır. Qanuna əsasən, xarici agent kimi qeydiyyatdan keçməkdən yayınmağa və qanunun digər tələblərini yerinə yetirməməyə görə cinayət məsuliyyəti nəzərdə tutulacaq. Qanunun icrasını Anti-Korrupsiya Bürosu həyata keçirəcək.

Seçilən
17
2
apa.az

3Mənbələr