AZ

Gürcüstan parlamenti “vətənə xəyanət” maddəsinin geri qaytarılmasını dəstəkləyib

Gürcüstan parlamenti “vətənə xəyanət” maddəsinin geri qaytarılmasını dəstəkləyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, qanunvericiliyə dəyişikliyi parlamentin 83 deputat dəstəkləyib. Qanun layihəsinə əsasən Cinayət Məcəlləsinə vətənə xəyanətə görə cinayət məsuliyyəti nəzərdə tutan 307-ci maddə əlavə ediləcək. Sözügedən normaya əsasən, Gürcüstanın ərazi bütövlüyünün pozulmasına, konstitusiyaya zidd əməllərə yol verən şəxslər, Gürcüstanın xarici təhlükəsizliyini pozanlar, xarici kəşfiyyat agentlikləri ilə əməkdaşlıq edənlər, Gürcüstanın müdafiə imkanlarının pozulması, dövlət sirlərinin açılması, casusluq, konstitusiya quruluşunun zorla devrilməsinə cəhd, xarici ölkənin təxribatına yardım kimi fəaliyyətlərə yol verənlər vətənə xəyanətdə ittiham ediləcəklər.

Qanun layihəsinin təşəbbüskarları və müəllifləri hakim “Gürcü Arzusu” fraksiyası və Xalqın Gücü siyasi hərəkatının üzvləridir.

Seçilən
12
2
apa.az

3Mənbələr