Bakı. Trend:
Çin ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavab olaraqmartın 10-dan etibarən Amerika kənd təsərrüfatı mallarına 10-15%həcmində əlavə rüsum tətbiq edəcək.
Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə Çinin Kommersiyanazirliyi məlumat yayıb.
Məlumata görə, əlavə 15 faizlik rüsumlar ABŞ-dən idxal olunantoyuğa, buğdaya, qarğıdalıya və pambığa tətbiq olunacaq. Kalış(dənli bitki-red), soya, donuz əti, mal əti, dəniz məhsulları,meyvə-tərəvəz və süd məhsullarına isə 10 faiz civarında rüsumtətbiq olunacaq.
Çin eyni zamanda, ABŞ-nin 15 şirkətinə qədər məhdudlaşdırıcıölçülər tətbiq edib.
İddiaya görə, sanksiya siyahısına düşmüş 15 subyekt Çinin millitəhlükəsizliyinə və maraqlarına təhdid yaradır.