AZ

Vinisius "Real"la bağlı qərarını verdi

"Real Madrid” klubu braziliyalı hücumçu Vinisius Juniorla yeni müqavilə imzalayır. Metbuat.az xəbər verir ki, tərəflər yeni müqavilə üçün razılığa gəliblər. "Diario AS" nəşrində dərc edilən xəbərə görə, mövsüm yekunlaşandan sonra tərəflər yeni müqavilə imzalamağa razılaşıblar.

Qeyd edək ki, Vinisius Juniorun “Real Madrid”lə müqaviləsi 2027-ci ildə yekunlaşır. Vinisius Juniora Səudiyyə Ərəbistanı klublarından təklif olduğu barədə xəbərlər dərc edilmişdi. Məlumata görə, futbolçu 5 illik təklifi qəbul edərsə, 1 milyard avro gəlir əldə edə bilər. Vinisius bu mövsüm 35 matçda 17 dəfə fərqlənib.

Seçilən
27
42
metbuat.az

10Mənbələr