AZ

“BakuBus”ın sürücüsündən işlədiyi şirkətə qarşı İTTİHAMLAR VİDEO

Bakıda avtobusla sərnişindaşıma xidməti göstərən “BakuBus”dan narazılıq var.

Xezerxeber.az-ın məlumatına görə, şikayət elə bu şirkətin sürücüsü tərəfindəndir.

''BakuBus''un sürücüsü Yaşar Abdullayev deyir ki, 120 nömrəli marşurut xətti üzrə idarə etdiyi avtobusla qəza törədib. Hadisədən sonra o avtobusu qaraja gətirərək, qəza xidmətinə təhvil verib. "Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən sürücü Yaşar Abdullayev iddia edir ki, həmin qəzada avtobusa ciddi ziyan dəyməyib. Bununla belə, həmin hadisəyə görə ''BakuBus'' tərəfindən ona 308 manat cərimə yazılıb. Dediyinə görə, o, 308 manatı əlbəəl ödəyib. 

Yaşar Abdullayevin iddiaları bununla da bitmir. O, işlədiyi şirkətin qarajında avtobuslara düzgün texniki qulluq edilmədiyini deyir.

Məsələ ilə bağlı ''BakuBus'' MMC-dən isə bildirildi ki, qəza ilə bağlı nə avtobus sürücüsü, nə də digər nəqliyyat vasitəsinin sürücüsü hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verib. Avtobusu idarə edən sürücü Abdullayev Yaşar iş saatını başa vurduqdan sonra avtobusu qaraja təhvil verərkən mexaniklər tərəfindən nəqliyyat vasitəsində zədə aşkar edilib.

Digər iddiaya gəlincə, "Avtobusların hər biri gündəlik texniki baxışdan keçdikdən sonra xəttə buraxılır", - deyə qurumdan bildirildi. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
33
xezerxeber.az

1Mənbələr