AZ

Mütəxəssislər: 2050-ci ildə dünya əhalisinin yarıdan çoxu bu xəstəliyə tutula bilər

Mütəxəssislər:2050-ci ildə dünya əhalisinin yarıdan çoxu

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq çəkiyə “orqanizmdə həddindən artıq yağ yığılması”, piylənmə isə “bədənin yağ kütləsinin arıq kütləyə nisbətinin artması, nəticədə bədən çəkisinin boyuna nisbətdə arzu olunan həddi aşması” kimi təyin edilir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, yeni araşdırmaya görə, 2050-ci ilə qədər dünya üzrə yetkinlərin yarısından çoxunun artıq çəki və ya piylənmə olacağı proqnozlaşdırılır.

200-dən çox ölkədən alınan məlumatlara əsaslanan beynəlxalq araşdırmada tədqiqatçılar inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ən mühüm sağlamlıq probleminə çevrilən piylənmənin gedişatını araşdırıblar.

Tədqiqat 2021-ci ildən etibarən dünya üzrə yetkin əhalinin demək olar ki, yarısının artıq çəkidən və ya piylənmədən əziyyət çəkdiyini vurğuladı və 1990-cı ildən bu yana həm kişilərdə, həm də qadınlarda bu sağlamlıq problemi yaşayan insanların nisbətinin iki dəfə artdığını bildirdi.

Tədqiqat müəyyən edib ki, mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər artıq çəki və piylənmə nisbəti kişilərdə 57,4, qadınlarda isə 60,3 faizə çata bilər.

Araşdırmada xüsusilə uşaqlar, yeniyetmələr və gənclər arasında piylənmənin 121 faiz artacağı və 2050-ci ilə qədər obez gənclərin sayının 360 milyona çatacağı proqnozlaşdırılır. Tədqiqat həmçinin bildirib ki, 2050-ci ilə qədər piylənmə ən çox Çin, Hindistan və ABŞ-da yayılacaq.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
62
3
e-saglam.az

4Mənbələr