AZ

ABŞ-nin vitse-prezidenti: Hər kəsin danışıqlar masasına oturması vacibdir

"Nə Avropa, nə ABŞ, nə də ukraynalılar bu müharibəni davam etdirə biləcəklər."

Artıq nə ABŞ, nə Avropa, nə də Kiyev hakimiyyəti Ukraynadakı münaqişədə Rusiya Federasiyasına qarşı hərbi əməliyyatları davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D.Vens jurnalistlərlə söhbətində deyib.

"Biz elə bir vəziyyətdəyik ki, nə Avropa, nə ABŞ, nə də ukraynalılar bu müharibəni davam etdirə biləcəklər. Ona görə də hər kəsin danışıqlar masasına oturması vacibdir. Prezident Donald Tramp ukraynalıların danışıqlar masasına qayıdıb sövdələşməni müzakirə etməyə başlamalı olduğuna dair aydın siqnal göndərməyə çalışır”, - deyə o bildirib.

Seçilən
45
9
operativmedia.az

10Mənbələr