"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır".
Teleqraf xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məqşçisi Kurban Berdiyev evdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib.
Türkmən məşqçi "Zirə"ni təbrik edib: "Zirə" kimi komandalarla oyunda erkən qol buraxanda sonradan toparlanmaq çətin olur. Onların əsas ümidi əks-hücumlarda idi. Dəyişikliklərdən sonra meydanın mərkəzini rəqibə vermiş olduq və ikinci qolu buraxdıq. "Zirə"ni layiqli qələbə münasibətilə təbrik edirəm".
Kurban Berdıyev komandasının məqsədinin yalnız avrokubok olduğunu bildirib: "Bunu bacarsaq, mövsümü uğurlu hesab edə bilərik".