AZ

Bakıda Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilir

Bakı. Trend:

Martın 4-də Bakı İdman Sarayında Qazaxıstan universitetlərinintəhsil sərgisinin rəsmi açılış mərasimi baş tutub.

Nazirlikdən Trend-ə verilənməlumata görə, sərgi Qazaxıstanın elm və ali təhsil naziri SayasatNurbekin rəhbərliyi ilə həmin ölkənin bir qrup ali təhsilmüəssisəsinin rektorlarından ibarət nümayəndə heyətinin Azərbaycanasəfəri çərçivəsində təşkil edilib. Sərginin əsas məqsədi Qazaxıstanuniversitetlərini Azərbaycan ictimaiyyətinə tanıtmaq və iki ölkəarasında təhsil sahəsində əməkdaşlığı gücləndirməkdir.

Təhsil sərgisinin açılış mərasimində elm və təhsil naziri EminƏmrullayev və Qazaxıstanın elm və ali təhsil naziri Sayasət Nurbekçıxış edərək sərgi iştirakçılarına uğurlar arzu ediblər. Çıxışlardaelm və ali təhsilin beynəlmiləlləşməsi istiqamətində Azərbaycan vəQazaxıstan arasında əməkdaşlıq əlaqələrinin artan inkişafı barədədanışılıb, sərginin Qazaxıstan və Azərbaycan arasındakı təhsiləlaqələrinə müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

Qeyd edilir ki, iki gün davam edəcək təhsil sərgisindəQazaxıstan Respublikasının 20-dən çox ali təhsil müəssisəsi iştirakedir. Sərgi çərçivəsində Qazaxıstanda müxtəlif təhsil səviyyələrivə ixtisas istiqamətləri üzrə təhsil imkanları barədə məlumat əldəetmək mümkündür. Sərgidə iştirak ödənişsizdir.

Məlumat üçün bildirilir ki, hazırda Hökumətlərarası TəqaüdProqramları çərçivəsində Qazaxıstanda Azərbaycan vətəndaşları üçünbakalavriat, magistratura və doktorantura səviyyələrində tamtəqaüdlü təhsil almaq imkanları mövcuddur.

Seçilən
32
5
az.trend.az

6Mənbələr