AZ

Kurban Berdiyev "Zirə"yə məğlubiyyəti şərh etdi

Misli Premyer Liqasının 25-ci turunda evdə "Zirə"yə 0:2 hesabı ilə uduzan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, rusiyalı təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında belə danışıb:

"Zirə" kimi komandadan erkən qol buraxmaq oyunun sonrakı gedişatına təsir etdi. Bundan sonra meydanın mərkəzini rəqibə verdik. Nəticədə onlar ikinci qolu vurdular. Açığı, bundan sonra artıq hesabı düşünməyə başladıq. Müdafiədə problemlərimiz var.
Hədəfimiz dəyişmir, avrokuboklar uğrunda mübarizıni sona qədər davam etdirəcəyik".
Mirağa

Seçilən
30
fanat.az

1Mənbələr