AZ

Berdiyev “Zirə”nin qələbəsini layiqli sayır

style='margin-bottom:10px;'>

“Zirə" kimi komandalarla oyunda erkən qol buraxanda sonradan toparlanmaq çətin olur”. 

QOL.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Zirə”yə qarşı Misli Premyer Liqasının 25-ci turunun matçından (0:2) sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, rəqibin əsas ümidi əks-hücumlara idi: “Dəyişikliklərdən sonra meydanın mərkəzini rəqibə vermiş olduq və ikinci qolu buraxdıq. "Zirə"ni layiqli qələbə münasibətilə təbrik edirəm”.

- 4-cü yeri tutub avrokuboklara gedə bilməsəniz, bunu uğurlu nəticə hesab edəcəksiniz?

- Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Yalnız bunu bacarsaq, mövsümü uğurlu saya bilərik.

- Komandanız evdə oyuna çox istəkli və aqressiv başlayanda səhvlər edir. Bəlkə bunu dəyişməyin vaxtıdır?

- Aktiv oynamalı olduğumuz oyunlarda bunu edirik. "Zirə" əks-hücumlarda təhlükəli olan komandadır. Elə ilk əks-hücumları da penalti və qolla nəticələndi (sportal.az).

Seçilən
9
1
teleqraf.com

7Mənbələr