AZ

Menyan cəzalandırıldı

“Milan”ın qapıçısı Mayk Menyan cəzalandırılıb.

Futbolpress.az xəbər verir ki, Menyan hakimə qarşı hörmətsiz ifadələr işlətdiyi üçün 1 oyunluq cəzalanıb. Hadisə “Milan”ın “Latsio”ya 1:2 hesabı ilə uduzduğu matçdan sonra tribunada baş verib.

Beləliklə, Menyan səfərdə “Leççe” ilə qarşılaşmada “Milan”ın formasını geyinə bilməyəcək.

Onu da qeyd edək ki, “Milan” hazırda A Seriyasında 9-cu pillədə qərarlaşıb.

Seçilən
12
futbolpress.az

1Mənbələr