Ümumiyyətlə, “Səbail” qış fəslindən sonra ən zəif oyununu keçirdi. Belə kəskin enişi futbolçulardan bir çoxunun oruc tutması ilə izah edənlər var. Elə baş məşqçi Cavid Hüseynov da oyundan sonra komandada yorğunluqun olduğunu, heyətdəki futbolçuların oruc tutduğunu söyləmişdi.
Bəs komandada oruc tutanların sayı neçə nəfər idi? Bu sualı “Səbail”in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədova ünvanladıq:
“Bəli, oruc tutan futbolçularımız var. Amma konkret sayını bilmirəm. Oyunçuların əksəri oruc tutur”.
ƏSƏD SEYİDOV