AZ

DİN əməkdaşları AUİB-ə ziyarət edib

4 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi polis polkovniki İbrahim İsmayılovun iştirakı, eləcədə Binəqədi Rayon 4-cü Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə "Azərbaycan Uşaqları" İctimai Birliyinə (AUİB) ziyarət təşkil olunub. 

Missiya.Az xəbər verir ki, bu barədə AUİB-nin mətbuat katibi Rüfət Zəkizadə bildirib. 

Ziyarətin əsas məqsədi təşkilatın nəzdində fəaliyyət göstərən uşaq sığınacağının fəaliyyəti ilə tanış olmaq və ekstremal vəziyyətdə sığınacağın müraciətlərinə 4-cü Polis Bölməsinin əməkdaşlarının yerindəcə reaksiya verməsi ilə bağlı kiçik bir manitorinq araşdırmanın aparılmasıdır. 

Göstərilən diqqət və qayğıya görə başda cənab nazir general-polkovnik Vilayət Eyvazov o cümlədən, Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyi və İctimai Təhlükəsizlik İdarəsinin rəisi və əməkdaşlarına, şöbə rəisi polis polkovniki İbrahim İsmayılova və Kəmalə Ələkbərovaya AUİB tərəfindən təşəkkür edilib. 

Seçilən
61
3
missiya.az

4Mənbələr