Qadın voleybolçular arasında XIV tura yekun vuruldu
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura yekun vurulub.Manset.az xəbər verir ki, son olaraq iki qarşılaşma baş tutub. "Abşeron" "Azərreyl"li 3:2, "Milli Aviasiya Akademiyası” isə “Murov Az Terminal”lı 3:0 hesabı ilə məğlub edib. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.
Qeyd edək ki, turun martın 1-də baş tutan oyununda "Gəncə" UNEC-i məğlub edib - 3:0.