AZ

ABŞ ilə sazişin imzalanmasına hazırıq – Zelenski

  Vaşinqton görüşümüz planlaşdırdığımız kimi keçmədi. Belə olduğu üçün təəssüflənirəm. Hər şeyi düzəltməyin zamanıdır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında yazıb.

“Ukrayna sülhə can atır. Heç birimiz bitməyən müharibə istəmirik. Dayanıqlı sülhə çatmaq üçün komandamızla birgə prezident Trampın liderliyi altında işləməyə hazırıq. Müharibəni daha tez bitirmək üçün daha sürətli işləməliyik.

İlk mərhələ əsirlərin azad edilməsi ola bilər. Eləcə də səmada sülh: yəni raketlərin, uzaqmənzilli dronların istifadəsinin, enerji və mülki infrastrukturların bombalanmasının qadağan edilməsi. Təbii ki, dənizdə də sülh olmalıdır.

Biz həqiqətən ABŞ-ın Ukraynanın müstəqilliyinin qorunması üçün etdiklərini yüksək qiymətləndiririk. Ukrayna ilk fürsətdə faydalı qazıntılarla bağlı sazişi imzalamağa hazırdır. Biz bu müqaviləni təhlükəsizliyin zəmanəti və möhkəmlənməsi üçün mühüm addım hesab edirik”, – Zelenski qeyd edib./globalinfo.az  

Seçilən
11
referans.az

1Mənbələr