AZ

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura yekun vurulub

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, son olaraq iki qarşılaşma baş tutub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüşdə "Abşeron" "Azərreyl"ə 3:2, "Milli Aviasiya Akademiyası” isə “Murov Az Terminal”a 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun martın 1-də baş tutan oyununda "Gəncə" UNEC-i məğlub edib - 3:0.

Seçilən
82
2
90deqiqe.az

10Mənbələr