Bu ay ərzində Ağdamın kəndlərinə ilk köç olacaq.
Xezerxeber.az-ın məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə əhalinin köçürülməsi nəzərdə tutulur.
Ağdamın 2-ci yaşayış məhəlləsində də tikinti prosesi davam edir. Burada da 1268 mənzilin tikintisi nəzərdə tutulur. Xidmətin mətbuat katibi Ağdama bu ilin sonuna qədər köçürələcək əhalinin sayını da açıqlayıb.
Füzuli 2-ci və 3-cü yaşayış məhəllələrində də layihələndirmə işləri gedir. Rayonun Dövlətyarlı kəndində tikinti işlərinə başlanılıb və kənd "Ağıllı kənd" olaraq layihələndiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.