AZ

Premyer Liqa: "Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib

Misli Premyer Liqasının XXV turunda üz-üzə gələn "Sabah" və "Araz-Naxçıvan" kollektivlərinin duelində qalib müəyyənləşməyib.

hakimiyyet.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.

Meydan sahiblərinin heyətində Xəyal Əliyev (7) və Sofian Çakla (64) adını tabloya yazdırıb. Qonaq komandadan isə Bernardo Diasla (12) Ülvi İsgəndərov (72) dəqiq zərbə müəllifi olublar.

"Araz-Naxçıvan" turnir cədvəlində 46 xalla dördüncü, "Sabah" isə 34 xalla beşincidir.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Şamaxı" "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. Tura martın 5-də keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.

19:42

Futbol üzrə Misli Premyer Liqasının XXV turunda "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib.

hakimiyyet.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt təmsilçisinin heyətində Qismət Alıyev (5,p) və İssa Cibrila (56) fərqləniblər.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 42 xalla 4-cü, "qartallar" isə 48 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən gün "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı 2:0 hesabı ilə üstələyib. Tura martın 5-də keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.

09:16

Bu gün Misli Premyer Liqasında XXV tur çərçivəsində daha iki görüş keçiriləcək.

hakimiyyet.az xəbər verir ki, ikinci oyun günündə "Turan Tovuz" "Zirə" ilə saat 17:30-da, "Sabah" isə "Araz-Naxçıvan"la saat 19:30-da üz-üzə gələcək.

Xatırladaq ki, turun digər oyunlarında "Qarabağ" "Sumqayıt"ı, "Şamaxı" isə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. XXV tura martın 5-də keçiriləcək "Neftçi" - "Kəpəz" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, hazırda aktivində 60 xalı olan "Qarabağ" turnir cədvəlinin vahid lideridir. Hərəyə 45 xalı olan "Zirə" ilə "Araz-Naxçıvan" ikinci-üçüncü pillələri bölüşür. Aktivində 42 xalı olan "Turan Tovuz" dördüncü sırada qərarlaşıb. "Sabah" 33 xalla beşinci, "Neftçi" 27 xalla altıncıdır. Yeddinci pillədəki "Şamaxı"nın 24 xalı var. Rəqibindən iki xal geri qalan "Sumqayıt" səkkizinci pillədədir. "Kəpəz" 19 xalla doqquzuncu, "Səbail" isə 18 xalla 10-cudur (sonuncu).

4 mart

Misli Premyer Liqası

XXV Tur

Saat 17:30, "Turan Tovuz" - "Zirə";

Saat 19:30, "Sabah" - "Araz-Naxçıvan".

Seçilən
41
13
hakimiyyet.az

10Mənbələr