İddialara inansaq, martın 1-də, yəni, Ramazan ayının ilk günü meydana çıxan “Hypers Quba”nın futbolçularının əksəri cərimələnib. Belə ki, klub rəhbəri Ramazan vaxtı keçirilən oyun günlərində oruc tutmamaları üçün kollektiv üzvlərinə öncədən xəbərdarlıq edib. Oyunçuların bir qismi orucunu pozmadan meydana çıxdığına görə cərimələnib.
Belə xəbərlərin nə dərəcədə doğru olduğunu klubun prezidenti Ayaz Abdullayevən soruşduq:
“Bu gün telefonum susmur, sosial şəbəkələrdə haqqımda müxtəlif fikirlər yayılır. Guya “Hypers Quba” komandasına oruc tutmağı qadağan etmişəm. Necə insansız siz?! Mən necə edə bilərəm bunu? Açıq deyirəm, belə bir şey olmayıb və ola da bilməz! Məni tanıyanlar bilir ki, heç vaxt kimsənin inancına, dininə hörmətsizlik etmərəm, əksinə, hörmətim sonsuzdu. Hələ Region Liqasında çıxış edərkən, komanda kuboku qazansa, üç nəfəri öz istəklərinə uyğun Kərbəla və Məşhəd ziyarətinə göndərəcəyimi açıq şəkildə demişdim. Dəfələrlə iftar süfrəsi hazırlatmışam, bunu da kollektivim, futbolçularım və dostlarım təsdiqləyə bilər. Hətta iftar süfrəsi verdiyim restoranlar da. Bəs nə olub? Bəli, komandada qida qaydalarına əməl etməyən 5-6 nəfəri şəxsən mən cərimələmişəm. İçlərində oruc tutan da var, tutmayan da. Amma onlar oruc tutduğuna görə yox, komandanın qida qaydalarını pozduğuna görə cərimələnib! Mən peşəkar yanaşıram, hər futbolçu intizam məcəlləsinə imza atıb. Bu da komandanın daxili nizam-intizamıdı. Qərarımı hər kəs normal qarşıladı və kimsə etiraz etmədi. O cərimələr oruc tutmaqla bağlı olsaydı, hər kəs etiraz edərdi. Əksinə, son iki gündə komandamızda əhval-ruhiyyə daha da pozitivləşib. Hər kəs gələcək oyunları düşünür.Qubada oyun günü 14 dərəcə şaxta var idi, Ramazanın ilk günü idi. Komandada sağlamlıq problemi olan futbolçular var və həkim açıq şəkildə bildirmişdi ki, bəzi oyunçular oyundan əvvəl mütləq qidalanmalıdı. Hava şəraiti ağır idi, futbolçuların sağlamlığını qorumaq bizim borcumuzdu. Həkimin göstərişinə baxmayaraq, qidalanmayan və qaydalara əməl etməyən oyunçular cərimələnib. Bu qərar sırf futbolçuların sağlamlığı və peşəkar futbol prinsiplərinə uyğun şəkildə verilib. Mən komandamı qoruyuram, futbolçuların fiziki hazırlığına, sağlamlığına görə məsuliyyət daşıyıram. Bu məsələni dinlə əlaqələndirmək absurddu. Mən heç vaxt futbolçuların inancına qarışmamışam və qarışmaram da. Biz nə ediriksə, komandamızın yaxşı performansı və oyunçularımızın sağlamlığı üçün edirik. İslam dinində müəyyən hallarda oruc tutmamaq icazəlidi və sonra qəzamümkündü. Onlardan:
1. Səfərdə olmaq – Quranda səfərdə olanların orucu sonradan tutması bildirilir (Bəqərə 2:184-185).
2. Xəstəlik və sağlamlıq problemi – Oruc sağlamlığa ciddi zərər verərsə, tərk etmək icazəlidi.
3. Ağır fiziki işlər – İslam alimlərinə görə, ağır fiziki işlə məşğul olanlar (məsələn, peşəkar idmançılar) ciddi sağlamlıq riski varsa, oruc tutmaya bilərlər.
4. Şiddətli hava şəraiti – Çox isti və ya soyuq hava da orucu çətinləşdirə bilər.
İslam dini insanın sağlamlığını qorumağı əsas tutur. Futbolçuların ağır hava və fiziki yük səbəbindən oruc tutmaması dini baxımdan tam məqbuldu və heç bir hörmətsizlik yoxdu”.

ƏSƏD SEYİDOV