AZ

Şəhid ailəsində faciə baş verib VİDEO

Vətən müharibəsi şəhidi Vahid Ağayevin valideynləri faciəvi şəkildə həyatlarını itiriblər.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Rayon hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, 52 və 57 yaşlı iki nəfərin yaşadıqları evdən meyitləri aşkar edilib. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Yaxınlarının sözlərinə görə, əkiz şəhid qardaşının qəbrini ziyarətə gedən Alim Ağayev evə qayıdanda valideynlərinin cansız bədəni ilə qarşılaşıb.

İndi ailədə yeganə sağ qalan sadəcə Alim Ağayevdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
27
xezerxeber.az

1Mənbələr