AZ

Dövlət qurumu, Publik Hüquqi Şəxs işçi axtarır - MAAŞ 750 MANAT - VAKANSİYA

Dövlət qurumu, Publik Hüquqi Şəxs

Kadr işləri üzrə mütəxəssis (Səngəçalda)

Son tarix 04 apr 2025 - [email protected]

İş şəraiti:

  • Əməkhaqqı 750 AZN (net), əlavə olaraq il ərzində mükafat almaq imkanı.
  • İş Yeri:  Səngəçal qəsəbəsi (Nahar şirkət tərəfindən təmin olunur)
  • İş yerinə çatdırılma:  Şirkət tərəfindən təmin olunur (20 yanvar m/s)
  • İş Şəraiti: Standart- ofis
  • İş Rejimi:  5 günlük 09:00-18:00
  • Sığorta:  İcbari

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il təcrübə;
  • Dil biliyi: Azərbaycan dili sərbəst

Digər tələblər: 

  • Komandada işləmək bacarığı;
  • Səliqəli görünüşlü və ünsiyyətcil;
  • MS Office proqramları üzrə biliklər;

Vəzifə öhdəlikləri:

  • Təyin olunduğu struktur bölməsində kadrların sənəd dövriyyəsi işini aparmaq;
  • Gündəlik olaraq işçilərin davamiyyətinə nəzarət etmək və məlumatı birbaşa rəhbərinə ötürmək;
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərliyin əmrlərinə uyğun işçilərin qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələri və s. proseslərində iştirak etmək;
  • Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən işçilərin işə qəbul üzrə sənədləşmə işlərini yerinə yetirmək;
  • Məzuniyyət uçotunu, həmçinin əlavə məzuniyyət günləri üzrə uçotu aparmaq;

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Kadr işləri üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Seçilən
20
fed.az

1Mənbələr