AZ

Bu ev davamlı qarət edilir VİDEO

Gəncə şəhərində evə oğurluq üçün girən şəxslər ev sahibinə xəsarət yetiriblər.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Gəncənin Məhsəti qəsəbəsində yerləşən Qayday İbrahimova məxsus fərdi yaşayış evində qeydə alınıb. Məlumata görə, evdə bundan əvvəl də bir neçə dəfə oğurluq hadisəsi olub.

Evinə girən naməlum şəxslər tərəfindən xəsarət yetirilən Qayday İbrahimova xəstəxanada tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tədbirlərə başlayıb.

Zərərçəkənin həyat yoldaşı Adilə İbrahimovanın sözlərinə görə, 3 il əvvəl də evdən məişət əşyaları, 3 gün əvvəl isə qızıl-zinət əşlayarı və 1100 manat pul oğurlanıb. Hadisə ilə bağlı əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
33
xezerxeber.az

1Mənbələr