Misli Premyer Liqasında "Sabah" "Araz-Naxçıvan"ı qəbul edib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmada qapılara dörd qol vurulub.

Oyunda hesabı 6-cı dəqiqədə meydan sahiblərindən Xəyal Əliyev açıb. Cəmi 5 dəqiqə sonra Benni matça tarazlıq gətirib. 65-ci dəqiqədə Sofian Çakla Masazır təmsilçisini önə çıxarıb. Ülvi İsgəndərov 73-cü dəqiqədə fərqlənməklə Naxçıvan klubunu məğlubiyyətdən xilas edib.