AZ

"BP" Türkiyədəki yanacaqdoldurma məntəqələrini təhvil verir

"BP Petrolleri A.Ş."nin ("BP") "Petrol Ofisi A.Ş." adı altında birləşməsi 28 fevral 2025-ci il tarixində rəsmi olaraq tamamlandı.  

Valyuta.Az "Bloomberg"ə istinadən xəbər verir ki, bu çərçivədə "DAĞ/471-7/10208" nömrəli neft bazarı distribyutor lisenziyasına sahib olan "Petrol Ofisi A.Ş.", 100% pay sahibi olduğu və "DAĞ/471-143/10338" nömrəli distribyutor lisenziyasına malik "BP" ilə Türkiyə Ticarət Qanununun 155-ci və digər müvafiq maddələri əsasında sadələşdirilmiş birləşmə üsulu ilə birləşdi.  

1282 saylı Türkiyə Ticarət Sicili Qəzetində elan edilən qeydiyyat prosesi ilə "BP" hüquqi şəxsiyyətini ləğv etmədən fəaliyyətini dayandırıb və bütün hüquq və öhdəlikləri ümumi hüquqi varislik yolu ilə "Petrol Ofisi A.Ş."yə keçib.  

Mövzu ilə bağlı açıqlama verən "Petrol Ofisi Qrupu"nun baş icraçı direktoru Mehmet Abbasoğlu bildirib:  

"Ölkə üzrə 9 terminalımızın təchizat və tədarük gücündən bəhrələnən 2 700-ə yaxın yanacaqdoldurma məntəqəmizlə həm istehlakçılarımıza, həm də dilerlərimizə əlavə dəyər qazandırırıq. Eyni zamanda, Türkiyənin enerji təhlükəsizliyi strategiyalarına töhfə verəcək layihələrimizi genişləndirərək davam etdirəcəyik.

"BP"nin distribyutoru olduğu yanacaqdoldurma məntəqələri 1 mart 2025-ci il tarixindən etibarən fəaliyyətini "Petrol Ofisi" distribyutor lisenziyası altında davam etdirir.  

Bu çərçivədə "BP" və "Petrol Ofisi" markaları altında xidmət göstərən yanacaqdoldurma məntəqələrində satışlar əvvəlki qaydada davam edir.  

Hazırda "BP" markası ilə fəaliyyət göstərən pərakəndə yanacaqdoldurma məntəqələrinin marka dəyişdirmə prosesi 1 noyabr 2026-cı il tarixinədək tamamlanacaq.  

Seçilən
17
valyuta.az

1Mənbələr