"Bu oyunda bir balaca üstünlüyümüz var idi. Qollarımızı da vurduq. Amma qolları vurduqdan sonra, asanlıqla qollar buraxdıq. Nəsə demək çətindir. İki qol vurduqdan sonra bu qədər asan qollar buraxmamalıyıq".
- Buraxılan qolları konsentrasiyanı bağlamaq olar, yoxsa kubok görüşündəki qələbə ilə bağlıdır?
- Bəzən konsentrasiya futbolda kifayət qədər qiymət verilməyən dəyərdir. Konsentrasiyanın itməsi nəticəsində qapıda qollar görülür. Yüksək hədəflər uğrunda mübarizə aparan komanda üçün qısa müddətlik olsa belə, konsentrasiyanı itirmək qəbuledilməzdir.
- Çempionatdan avrokuboka yollanmağınız çətin görünür. Demək olar ki, komandanı daha çox kubok oyunlarına kökləməlisiz?
- Biz hələ heç nə itirməmişik. Çempionatdakı oyunların nəticələri də çox vaxt gözlənilməz olur. Bizim məqsədimiz çıxdığımız hər oyunda qalib gəlməkdir.
- Samir Abasov "Kəpəz"lə kubol görüşündən sonra Sambunun qırmızı vərəqə verilməsinin qəsdən olduğunu deyərək, " Sabah"la görüş üçün düşünülmüş addın olduğuna eyham vurub...
- Qırmızı vərəqə epizodunu görməmişəm, nəsə deyə bilmərəm. Daha çox "Sabah"ın oyunlarına köklənmişəm. Çox nadir hallarda başqa komandalar haqda fikir bildirirəm. Nəsə demək çətindir. Biz " Sabah" olaraq heç vaxt hakimlər barəsində danışmırıq. Oyunda qırmızı vərəqə də futbolun bir hissəsidir.
“Zirə” Tovuzdan 3 xalla qayıdır - YENİLƏNİB
Region Liqasının püşkü atılıb
Rikardo Fernandes: "Biz heç bir komandaya baxmırıq, yalnız..." - Müsahibə
Sedat Saini: "Bayer"ə ən çətin anlar yaşadan komanda "Qarabağ" idi"
Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb