AZ

Həsənriz kəndində 33 ildən sonra ilk dəfə çərşənbə tonqalı yandırıldı (FOTO/VİDEO)

Bakı. Trend:

Ağdərə rayonunun Həsənriz kəndinə qayıdan ailələr 33 ildən sonrailk dəfə olaraq Od çərşənbəsi tonqalı yandırıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələrşöbəsindən Trend-əverilən məlumata görə, öz doğma torpaqlarına qayıdan sakinlər Odçərşənbəsini bayramı coşqusu ilə qeyd ediblər. Kəndin mərkəzindəçərşənbə tonqalı yandırılıb. Tonqal ətrafına yığışan sakinlərburada bir-birlərini təbrik ediblər.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldanazad olunmuş torpaqlarımıza
Keçmiş məcburi köçkün ailələrinin köçürülməsi təmin edilir.

Qeyd edək ki, ötən gün Ağdərə rayonunun Həsənriz kəndinə 25ailə, 91 nəfər köçürülüb.

Həsənriz
Həsənriz
Seçilən
96
14
az.trend.az

10Mənbələr