AZ

İçki qutularının yuvarlaq olmasının səbəbi...


İçkilərin niyə silindrik qutularda satıldığını heç düşünmüsünüzmü?

Medicina.az xəbər verir ki, əslində bu formanın arxasında istehsaldan tutmuş təzyiq müqavimətinə qədər bir çox məntiqi səbəblər var.

Silindr forması içki qablarını təzyiqə daha davamlı edir.

Silindrik qutular istehsal xəttində asanlıqla hərəkət edə bilər və səhvə yer qoymur. Kub və ya düzbucaqlı formalı qutular doldurma zamanı daha çox oriyentasiya tələb etdiyi üçün istehsal prosesini ləngidə bilər. Bundan əlavə, yuvarlaq dizaynlar daşınma zamanı daha davamlıdır və əzilmə riski daha azdır.



Silindrik qutular ələ daha yaxşı oturur və içkinin içilməsini daha rahat edir. Kub formalı qutular iti kənarlarına görə tutmaq üçün rahat olmazdı.

Alüminium qutuların içərisində paslanmaya qarşı örtük var. Əgər qutular bucaqlı olsaydı, bu örtük istehsal prosesində zədələnə bilər və içkinin metal dadına və ya paslanmasına səbəb ola bilərdi.

Aygün
Medicina.az


Seçilən
27
medicina.az

1Mənbələr