AZ

Rusiya ilə davamlı müharibə aparmaq olmaz -

Ukraynadakı münaqişə elə bir həddə çatıb ki, nə Avropa, nə ABŞ, nə də Ukrayna davamlı olaraq müharibəni davam etdirə bilməyəcək. Metbuat.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens belə deyib. O bildirib ki, Amerika xalqı münaqişənin bitməsini istəyir. Vensin sözlərinə görə, Kiyev ictimaiyyətə açıq bəyanatlar verməkdənsə, Ukraynadakı münaqişənin həlli üçün real addımlar atmalıdır. Vens bəyan edib ki, ABŞ ukraynalıların suveren və müstəqil ölkəyə sahib olmasını istəyir.

Vens həmçinin qeyd edib ki, ABŞ Ukraynadakı münaqişəyə son qoyulmasının Amerika xalqının xeyrinə olacağını hesab edir.

Seçilən
26
metbuat.az

1Mənbələr