AZ

“Kanada Trampa cavab olaraq Amerika mallarına rüsum tətbiq edəcək” – Trüdo

trüdo
“Kanada Donald Trampın ticarət müharibəsinə cavab olaraq 155 milyard dollarlıq Amerika mallarına 25 faizlik gömrük rüsumları tətbiq edəcək”.
Yeniavaz.com xəbər verir ki, bi barədə Kanadanın Baş naziri Castin Trüdo məlumat yayıb.
Bildirilib ki, ilkin olaraq 30 milyard dollar dəyərində mallara, 21 gündən sonra isə qalan 125 milyard dollar dəyərində mallara rüsumlar tətbiq olunacaq.
Bundan əlavə, Kanada Ümumdünya Ticarət Təşkilatında ABŞ-yə qarşı iddia qaldıracaq.
O, əlavə edib ki, kanadalılar ağıllı və nəzakətli, lakin ölkənin və xalqının rifahı təhlükə altında olduqda mübarizədən geri çəkilməyəcəklər.
Açıqlamasında birbaşa Trampa müraciət edən Trüdo deyib:
“Donald! Birlikdə işlədiyimiz səkkiz ildən artıq müddətdə biz çox böyük işlər görmüşük. “The Wall Street Journal” ilə razılaşmaq mənim vərdişim deyil, amma Donald, onlar qeyd edirlər ki, sən çox ağıllı adamsan, bu axmaqlıqdır”.
Trüdonun bəyanatından sonra Donald Tramp sosial şəbəkəsində yazıb:
Seçilən
43
yeniavaz.com

1Mənbələr