AZ

Ballıcada Od çərşənbəsi qeyd olunur - VİDEO

İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xocalının Ballıca kəndində də qeyd olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"a verilən məlumata görə, Ballıca kəndinə köç edən ailələr çərşənbə tonqalı qalayıblar. 

Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib. Sakinlər bildiriblər ki, bu gün Xocalıda və  Ballıca kəndində qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin rəmzini ifadə edir.

"Cebheinfo.az"

Seçilən
29
10
cebheinfo.az

10Mənbələr