AZ

Ayaz Quliyev Azərbaycan millisində nə vaxt debüt edəcək? - AÇIQLAMA

"Sabah"ın yarımmüdafiəçisi Ayaz Quliyevin Azərbaycan millisində nə vaxt debüt edə biləcəyi məlum olub. 
Fanat.Az
xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat sözçüsü Elnur Məmmədli bu barədə "Sport24.ru"-ya açıqlamasında belə deyib: “Ayaz Quliyev Azərbaycan vətəndaşlığını alıb və onun millidə oynamasına heç bir maneə yoxdur". 
Mənbə vurğulayıb ki, 28 yaşlı Ayaz mart ayında keçiriləcək yoldaşlıq görüşlərində Azərbaycan millisinin heyətində çıxış edə bilər. 
Xatırladaq ki, hazırda “Sabah”da çıxış edən Quliyev karyerası ərzində Rusiyanın “Spartak”, “Rostov”, “Ximki” və “Arsenal Tula” klublarında oynayıb. 

Mirağa 

Seçilən
14
fanat.az

1Mənbələr