AZ

Ağ Ev təsdiqlədi: Bəli, dayandırmışıq

Ağ Evin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar Ukrayna tərəfinin sülh razılaşmasını asanlaşdırmaq istəyinə əmin olana qədər Ukraynaya hərbi yardımı dayandırıb.

“Prezident diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq.

Adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi “Reuters” agentliyinə deyib: “Biz yardımımızı dayandırırıq və onun münaqişənin həllinə töhfə verəcəyinə əmin olmağa çalışırqıq.
“Bloomberg”in məlumatına görə, təkcə gələcək tədarüklər deyil, həm də artıq tranzitdə olanlar yardımlar da dayandırılıb: təyyarələrdə, gəmilərdə və ya Polşada tranzit zonada olan yardımlar. Agentlik qeyd edir ki, söhbət “kritik əhəmiyyətli döyüş sursatları”, idarə olunan çoxsaylı buraxılış raket sistemləri və tank əleyhinə silahlardan gedir.

//Samir Qurbanov, Editor.az

Seçilən
32
editor.az

1Mənbələr