AZ

Arne Slot: “Kvaratsxeliya əla futbolçudur”

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində PSJ və Liverpul qarşı-qarşıya gələcək.

Futbolpress.az xəbər verir ki, İngiltərə təmsilçisinin çalışdırıcısı Arne Slot mətbuat konfransında parislilərin hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya haqda danışıb:

“Kvaratsxeliya əla futbolçudur. O, Lusiano Spallettinin “Napoli” komandasında oynadı. Mən onu izləməkdən həzz aldım”.

Xviça qış transfer pəncərəsində “Napoli”dən PSJ-yə keçib.

Seçilən
34
futbolpress.az

1Mənbələr