
“ABŞ və Ukrayna mineral ehtiyatlar üzrə saziş imzalamağı planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” dörd mənbəyə istinadən məlumat yayıb.
Agentliyin üç mənbəsinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp müşavirlərinə martın 4-nə planlaşdırılan Konqresə müraciətində sövdələşməni imzalamaq niyyətini bildirmək istədiyini bildirib. Bununla belə, mənbələr qeyd edirlər ki, müqavilə hələ imzalanmasa da, vəziyyət dəyişə bilər.
Müqavilənin özünün imzalanmasının nə vaxt planlaşdırıldığı açıqlanmır.
Ağ Ev, Zelenski administrasiyası və Ukraynanın ABŞ-dəki səfirliyi şərh tələblərinə cavab verməyib.