UEFA Çempionlar Liqasında bu gün 1/8 final mərhələsinin ilk matçlarına start verilib.
90deqiqe.Az-ın məlumatına görə, “Brügge” doğma meydanda “Aston Villa”nı qəbul edib. Bu görüşdə Birminghem klubu qələbəyə sevinən tərəf olub.
“Real” doğma azarkeşləri önündə “Atletiko” ilə üz-üzə gəlib. Madrid derbisində meydan sahibləri inamlı qələbə qazanıb.
İngiltərənin “Arsenal” klubu səfərdə PSV-nin qonağı olub və rəqibinə 7:1 hesablı darmadağınla qalib gəlib.
Fransanın “Lill” klubu isə səfərdə “Borussiya”nın qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
4 mart
21:45. “Brügge” (Belçika) - “Aston Villa” (İngiltərə) - 1:3
00:00. “Real” (İspaniya) - “Atletiko” (İspaniya) - 2:1
00:00. PSV (Niderland) - “Arsenal” (İngiltərə) - 1:7
00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Lill” (Fransa) - 1:1