AZ

“Arsenal” Çempionlar Liqasında 7 qola sevindi, “Real” qalib gəldi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Ən maraqlı görüşlərdən biri İspaniyada baş tutub. Bu ölkənin və paytaxt Madridin iki komandası – “Real” və “Atletiko” birincilərin meydanında üz-üzə gəliblər. Üç qolun qeydə alındığı qarşılaşma “Real”ın qələbəsiylə yekunlaşıb.

İngiltərənin “Arsenal” komandası PSV-nin (Niderland) qonağı olub. London təmsilçisi səfərdə darmadağına imza atmaqla cütün taleyinə elə ilk oyundaca aydınlıq gətirib.

Fransa təmsilçisi “Lill” isə Dortmund “Borussiya”nın qonağı olub. Bu görüşdə tərəflər hərəyə 1 qolla kifayətləniblər.

“Brügge” isə Belçikada İngiltərə təmsilçisi “Aston Villa” ilə qarşılaşıb. Dörd qolluq qarşılaşma Premyer Liqa klubunun inamlı qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin qalan dörd matçı sabah keçiriləcək. Cavab görüşləri isə ayın 11-12-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
4 mart

“Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) 1:3
Qollar: De Kuyper, 12 – Beyli, 3. Meşele, 82-öz qapısına. Asensio, 88-pen.

“Real” (İspaniya) – “Atletiko” (İspaniya) 2:1
Qollar: Rodriqo, 4. B.Dias, 55 – X.Alvares, 32.

PSV (Niderland) – “Arsenal” (İngiltərə) 1:7
Qollar: Lanq, 43 – Timber, 18. Nvaneri, 21. Merino, 31. Edeqor, 47; 73. Trossar, 48. Kalafyori, 85.

“Borussiya” (Dortmund, Almaniya) – “Lill” (Fransa) 1:1
Qollar: Adeyemi, 22 – Haraldsson, 68.

5 fevral

21:45. “Feyenoord” (Niderland) – “İnter” (İtaliya)

00:00. “Bayern” (Almaniya) – “Bayer” (Almaniya)

00:00. “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya)

00:00. PSJ (Fransa) – “Liverpul” (İngiltərə)

Seçilən
24
1
arena.az

10Mənbələr