AZ

UEFA ÇL: "Arsenal" səfərdə PSV-ni darmadağın edib, "Real" Madrid derbisində "Atletiko"dan üstün olub

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları baş tutub.

"Report" xəbər verir ki, turun ilk oyun axşamında dörd qarşılaşma keçirilib.

İngiltərənin "Aston Villa"sı səfərdə Belçika "Brügge"sini inamla məğlub edib, "Dumanlı Albion"un digər təmsilçisi "Arsenal" da səfərdə Niderlandın "PSV"sini darmadağın edib.

Axşamın mərkəzi qarşılaşması "Real"la "Atletiko" arasında baş tutub. Madrid derbisindən "kral klubu" qalib ayrılıb - 2:1.

UEFA Çempionlar Liqası
1/8 final
İlk matçlar

4 mart

21:45. "Brügge" - "Aston Villa" - 1:3

5 mart

00:00. "Borussiya" (Dortmund) - "Lill" - 1:1

00:00. PSV - "Arsenal" - 1:7

00:00. Real Madrid - Atletico Madrid - 2:1.

Qalan 1/8 final oyunları martın 6-na keçən gecə baş tutacaq.

Seçilən
50
1
report.az

4Mənbələr