"Zirə"nin futbolçusu Salifu Suma bir çox Avropa klublarının maraq dairəsindədir.
Ceyhun Rzayev eksklüziv olaraq "Offside" verilişində "Zirə"nin 21 yaşlı hücumçu üçün gələn 1 milyonluq təklifdən imtina etdiyini açıqlayıb.
"Salifu Suma cari mövsüm təqdirəlayiq çıxış edir. Karyerasına baxsaq, peşəkar futbola Azərbaycanda addım atıb. "Zirə" onu "Havr"ın əvəzedicilərindən gətirib. Bu, "Zirə" və Rəşad Sadıqovun gözəl seleksiya aparmasının nəticəsidir. Salifu Suma tapıntıdır. İl yarım Azərbaycana gəlib, bu müddət ərzində yaxşı performans sərgiləyib. Xarici klublar futbolu alanda yaşa da baxırlar ki, Sumanın da cəmi 21 yaşı var. Onu Rusiyadan, Ukraynadan, Fransadan istəyən var. Məndə olan məlumata görə, "Zirə"yə 1 milyonluq təklif gəlib. Lakin klub daha çox istəyir. Transfer baş tutarsa, Azərbaycan futbolu və "Zirə" üçün çox yaxşı reklam olardı", deyə tanınmış aparıcı bildirib.
Qeyd edək ki, cari mövsüm "qartallar"ın heyətində 23 oyuna çıxan Suma 8 qol və 4 assistə imza atıb.