AZ

Azərbaycanda bu su anbarı əsaslı təmir olunacaq

Bakı. Trend:

Azərbaycanın Astara rayonunun ərazisində yerləşən Ləvain suanbarında əsaslı təmir işləri aparılacaq.

Trend-in əldəetdiyi məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinintabeliyində Regional Su Meliorasiya Xidməti bununla bağlı müvafiqişlərə başlayıb.
Belə ki, əsaslı təmir işləri su anbarında baş verən sızmalarınqarşısının alınması məqsədilə həyata keçiriləcək.

Qurum artıq sözügedən işləri icra edəcək şirkət axtarışındadırvə bunun müqabilində 200 min manat ödəməyə də hazırdır.

Qeyd edək ki, Ləvain su anbarı kənd təsərrüfatı torpaqlarını suilə təmin etmək məqsədilə 1967-ci ildə istismara verilib. Su anbarı3 mənbədən - Ləvain, Sixaru və Digədi çaylarından qidalanır.

Məqalədə:
Seçilən
35
4
az.trend.az

5Mənbələr