AZ

Alimlər eşşəkarılarının mədələrində mindən çox müxtəlif növ həşərat aşkar ediblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Alimlər Asiya eşşəkarılarının mədələrinin tərkibini araşdıraraq onların qurbanlarının arasında təxminən 1 400 müxtəlif həşərat növü aşkarlayıblar.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, araşdırmaçılar eşşəkarılarının aktivliyinin bütün mövsümü ərzində Fransa, İspaniya və Böyük Britaniyadan olan həşəratların nümunələrini təhlil ediblər.
Avropa bal arısı eşşəkarılarının ən çox yayılmış qurbanı olsa da, ona bütün yuvalarda və sürfələrdə rast gəlinməyib. Eşşəkarılarının bəslənmələrinin daha çeşidli olduğu üzə çıxıb.
Alimlər eşşəkarılarının 1 500-dən çox sürfəsinin qurbanını müəyyən etmək üçün dərin ardıcıllıqdan istifadə ediblər.
Seçilən
31
oxu.az

1Mənbələr