"Kanada hökuməti Amerika tariflərindən qaçmaq üçün lazım olan hər şeyi etdi".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Melani Coli CTV telekanalında bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun xahişi ilə Ottava ABŞ-la sərhəddə qeyri-qanuni miqrasiya və narkotik ticarəti ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə edib.
Coli həmçinin bildirib ki, iki paytaxt arasında tariflərlə bağlı dialoq davam edir.
Xüsusilə, martın 5-də onun ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı planlaşdırılır.