AZ

"Kanada Amerika tariflərindən qaçmaq üçün hər şeyi etdi"

"Kanada hökuməti Amerika tariflərindən qaçmaq üçün lazım olan hər şeyi etdi".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Melani Coli CTV telekanalında bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun xahişi ilə Ottava ABŞ-la sərhəddə qeyri-qanuni miqrasiya və narkotik ticarəti ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə edib.

Coli həmçinin bildirib ki, iki paytaxt arasında tariflərlə bağlı dialoq davam edir.

Xüsusilə, martın 5-də onun ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı planlaşdırılır.

Seçilən
43
operativmm.az

1Mənbələr