AZ

Əs-Sisi: Fələstin Milli Administrasiyası Qəzza zolağına nəzarəti bərpa etməlidir

Fələstin Milli Administrasiyası Qəzza zolağına nəzarəti bərpa etməlidir, o vaxta qədər anklav müstəqil mütəxəssislərdən ibarət xüsusi komitə tərəfindən idarə olunacaq.

APA xəbər verir ki, bunu Misir prezidenti Əbdülfəttah Əs-Sisi Ərəb Dövlətləri Liqasının fövqəladə sammitinin açılışında deyib

“Misir Fələstin hakimiyyəti ilə birlikdə Qəzzanın idarə olunması üçün xüsusi inzibati komitə yaradıb. Bu komitəyə yalnız lazımi peşəkar səlahiyyətlərə malik müstəqil mütəxəssislər daxil olacaq. Onlar Qəzza zolağında humanitar yardımın paylanması ilə məşğul olacaqlar”, - dövlət başçsısı qey edib.

Seçilən
156
1
apa.az

10Mənbələr