AZ

Putin bu ölkəyə gedir: "Mütləq səfər olacaq"

"Rusiya Prezidenti Vladimir Putin bu il mütləq Hindistana səfər edəcək".

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” yə dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

“Hələ bunu demək çətindir. Biz dəvət almışıq, amma bildiyimə görə, tərəflər hələ ki, konkret tarixlərlə bağlı danışıqlara başlamayıb. Amma bu, mütləq bu il səfər olacaq”, - Kremlin sözçüsü Rusiya liderinin Hindistana nə vaxt səfər edə biləcəyi ilə bağlı suala cavab verib.

Hindistanın baş naziri Narendra Modi daha əvvəl Putini 2025-ci ildə Hindistana səfərə dəvət etmişdi.

Seçilən
32
1
publika.az

2Mənbələr