ABŞ-nin hələlik Ukrayna ilə faydalı qazıntılar üzrə saziş imzalamaq planları yoxdur.
APA xəbər verir ki, bunu ölkənin maliyyə naziri Skott Bessent “Fox” telekanalının əməkdaşlaına deyib.
“CBS” telekanalı da mənbələrə istinadən xəbər verir ki, hələlik yekun razılaşma yoxdur.
Mənbələr bildiriblər ki, Tramp “daha böyük, daha yaxşı razılaşma” əldə etmək istədiyi üçün onun parametrləri dəyişə bilər.